Birinci vitse-prezident 64 saylı uşaq bağçasında - FOTOLAR

   Birinci vitse-prezident 64 saylı uşaq bağçasında -    FOTOLAR
  31 Oktyabr 2019    Oxunub:2569
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 31-də Bakının Nərimanov rayonundakı 64 saylı körpələr evi-uşaq bağçasında olub.
Azvision.az xəbər verir ki, Birinci vitse-prezidentə bu körpələr evi-uşaq bağçasında görülən əsaslı təmir işləri barədə məlumat verildi.



Bildirildi ki, körpələr evi-uşaq bağçası 1963-ci ildə inşa olunub. Heydər Əliyev Fondu tərəfindən 2018-ci ildə binada əsaslı təmir işləri həyata keçirilib. İki mərtəbə və iki korpusdan ibarət körpələr evi-uşaq bağçası 95 yerlikdir və beş qrupdan ibarətdir.



Qruplarla tanış olan Birinci vitse-prezident Mehriban Əliyeva uşaqlarla söhbət etdi.

Qeyd edək ki, binada təmir işləri zamanı infrastruktur yenidən qurulub, həyətyanı sahə abadlaşdırılıb, yaşıllıq salınıb. Uşaqların əylənməsi məqsədilə bağçanın həyətində yelləncəklər qurulub.














Azvision.az


Teqlər: Birinci-vitse-prezident   Mehriban-Əliyeva  





Xəbər lenti