Azərbaycanlı hakim yeni uğura imza atıb

  31 Oktyabr 2019    Oxunub : 1098
Azərbaycanlı hakim yeni uğura imza atıb
Azərbaycanın kikboksinq üzrə hakimi Aydın Ağabəyov yeni uğura imza atıb.
Azərbaycan Kikboksinq Federasiyasından Azvision.az -a verilən məlumata görə, A.Ağabəyovun beynəlxalq hakimlik dərəcəsi artırılıb. Mütəxəssis buna Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən kikboksinqin WAKO versiyası üzrə dünya çempionatını zamanı nail olub.

WAKO - Dünya Kikboksinq Təşkilatları Birliyinin baş hakimi Yuri Laxtikov A.Ağabəyova C klass hakimlik dərəcəsini təqdim edib.

A.Ağabəyov dəstəyə görə federasiya rəhbərliyinə minnətdarlığını bildirib: “Bu yolda mənə dəstək olan, başda Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev olmaqla hamıya minnətdarlığımı bildirirəm. Mənə göstərilən etimadı doğrultmaq üçün bundan sonra da bütün bacarığımdan səylə istifadə edəcəyəm”.

Azvision.az

Teqlər: Hakim