Bakıda tutulan əcnəbi 8 evdən oğurluq edibmiş

Bakıda tutulan əcnəbi 8 evdən oğurluq edibmiş
  31 Oktyabr 2019    Oxunub:1402
Xətai rayonu ərazisindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən əcnəbi vətəndaş D.Qoqiçaişvili Baş Cinayət Axtarışı İdarəsi və Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Onun 4 evdən pul və qızıl-zinət əşyaları oğurlaması da məlum olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, D.Qoqiçaişvilinin ətrafında Baş Cinayət Axtarışı İdarəsi və Xətai Rayon Polis İdarəsinin 35-ci və 36-cı polis bölmələri əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisində daha 8 evdən pul və qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Azvision.az



Teqlər: DİN   Cinayət   Əcbəbi  





Xəbər lenti