Milli Şuranın 2 noyabr mitinqi ləğv edildi

   Milli Şuranın 2 noyabr mitinqi ləğv edildi
  01 Noyabr 2019    Oxunub:6225
Milli Şuranın noyabrın 2-nə təyin etdiyi razılaşdırılmamış mitinq ləğv edilib.
Azvision.az xəbər verir ki, bu barədə AXCP sədri Əli Kərimli sosial şəbəkədə bildirib.

Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) Milli Şuranın mitinqlə bağlı müraciətinə baxılıb və mitinqin noyabrın 2-si saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 may küçəsi, "Neftçi İdman Klubu"nun Qaradağ təlim-idman bazasında keçirilməsinə razılıq verilib. Buna baxmayaraq, AXCP sədri Əli Kərimli aksiyanın icazəsiz şəkildə Nəsimi rayonu, metronun “28 may” stansiyasının yaxınlığında keçiriləcəyini bildirmişdi.

Azvision.az



Teqlər: Milli-Şura   Mitinq  





Xəbər lenti