Mingəçevirdə mindən çox ev qazsız qaldı

Mingəçevirdə mindən çox ev qazsız qaldı
  01 Noyabr 2019    Oxunub:1559
Mingəçevir şəhərində mindən çox abonentin qaz təchizatı dayandırılıb.
Azvision.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Mingəçevir şəhərində F.Əzimov küçəsini qazla təmin edən 108 millimetr diametrində qaz xəttini traktorla vurub qırıblar. Buna görə də, oktyabrın 31-də saat 17:40-dan mindən çox abonentin qaz təchizatında fasilə yaranıb.

Azvision.az



Teqlər: Mingəçevir   Qaz   Azəriqaz  





Xəbər lenti