“CinemaPlus”da“Araxis Yağlı Tərlan”
Möhtəşəm səyahət bir addımla və əfsanəvi uçuşla başlayır. Pəncərədən kənara çıxan qəhrəmanımız özünü bir şeyin əskik olduğu dünyada tapır. Onun yeni dostuna yüksək məbləğdə pul, başkəsənlərə - iki dostun başı, gənc tibb bacısına sevgi, ona isə səyahət, qaçış, alovlanan ocaq və bir az da araxis yağı lazımdır.
Filmi Tayler Nilson və Mayk Şvarts ekranlaşdırıb. Aktyorlar isə Şaya LaBaf, Dakota Conson və Zak Qotsagendir.
Tədbirin təşkilində dəstək göstərənlər: “Cinema Distribution”, “Absheron Sharab”, “Şeh su” və “Red Bull”.
Qeyd edək ki, “Araxis Yağlı Tərlan” yalnız “Cinemaplus” kinoteatrlar şəbəkəsində yayımlanacaq.
“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.
Azvision.az
Teqlər: CinemaPlus