“Naxçıvanda ana və uşaq ölümlərinin qarşısı alınıb” - Vasif Talıbov

“Naxçıvanda ana və uşaq ölümlərinin qarşısı alınıb” -  Vasif Talıbov
  01 Noyabr 2019    Oxunub:1860
"Səhiyyənin inkişafı müasir infrastruktur təminatı və kadr hazırlığından başlanır. Ötən əsrin 90-cı illərinin acı nəticələri muxtar respublikanın səhiyyə sistemində də çətinliklərin yaranmasına səbəb olub"
Azvision.az xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şahbuz rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı keçirdiyi müşavirədə deyib.

Ali Məclisin sədri bildirib ki, ötən dövrdə muxtar respublikada səhiyyə müəssisələrinin yenidən qurulması, müasir tibbi avadanlıqların alınması və kadr hazırlığı sahəsində görülən işlər öz nəticəsini verib:

"Artıq muxtar respublikada infeksion xəstəliklərin, eləcə də ana və uşaq ölümlərinin qarşısı alınıb. Səhiyyənin inkişafı sahəsində görülən işlər muxtar respublikada icbari tibbi sığortanın uğurla tətbiq olunmasına imkan verir".

Azvision.az


Teqlər: Naxçıvan  





Xəbər lenti