Bakının bəzi küçələrində işıqforlar işləmir

  01 Noyabr 2019    Oxunub : 908
 Bakının bəzi küçələrində işıqforlar işləmir
Yağışlı hava şəraiti ilə əlaqədar paytaxtın bir sıra küçə və prospektlərində işıqforların işində texniki problem yaranıb.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Azvision.az -a verilən məlumata görə, hazırda işıqforların işinin bərpası ilə əlaqədar operativ tədbirlər həyata keçirilir.
Sürücülərdən işıqforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur.

Azvision.az

Teqlər: BNA   Svetafor