Azərbaycan səfiri aşpazlıq etdi - FOTOLAR

Azərbaycan səfiri aşpazlıq etdi -  FOTOLAR
  01 Noyabr 2019    Oxunub:6142
Azərbaycanın Tacikistandakı səfiri Həsən Məmmədzadə öz iqamətgahında diplomatik korpus nümayəndələrini və jurnalistləri qonaq edib.

Azvision.az xəbər verir ki, bu barədə səfir özü “Facebook” səhifəsində məlumat paylaşıb. Diplomat yeməklərin hazırlıq prosesində özü də iştirak edib.
“Diplomat hər formada və şəraitdə ölkəsini təmsil etməlidir. Qonaqları öz iqamətgahında qəbul etdiyin zaman bəzən aşpazlıq da etməli olursan. Azərbaycan mətbəxinin nümünələri 60-dan cox diplomatik korpusun nümayəndələrinə və yerli jurnalistlərə təqdim edilib”, - deyə H.Məmmədzadə yazıb.











Pərvanə Sultanova
Azvision.az


Teqlər: Səfir   Diplomat   Aşpaz  





Xəbər lenti