Aprel döyüşlərində şəhid olan Azərbaycan şahini - FOTOLAR

Aprel döyüşlərində şəhid olan Azərbaycan şahini -  FOTOLAR
  01 Noyabr 2019    Oxunub:3433
Aprel döyüşlərində şəhid olan pilot, mayor Urfan Vəlizadənin doğum günüdür.
Azvision.az xəbər verir ki, şəhid pilot 1978-ci ildə anadan olub. O, 1995-ci ildə orta məktəbi bitirəndən sonra sənədlərini Türkiyədə Hava Hərbi məktəbinə verib. 2000-ci ildə təhsilini başa vurduqdan sonra 6 ay İstanbulda işləyib. Vətənə döndükdən sonra 2005-ci ilə qədər Kürdəmirdə fəaliyyətini davam etdirib.



U.Vəlizadə daha sonra ixtisasını hərbi helikopter üzrə təkmilləşdirib. Pilot 2016-cı ilin aprel döyüşlərində Mİ-24 helikopterinin vurulması nəticəsində şəhid olub.



Qeyd edək ki, şəhid pilotumuz 11 aprel 2016-cı ildə Bakı şəhərindəki II Fəxri Xiyabanda dəfn olunub. Onun iki qız övladı yadigar qalıb.









Anar Kəlbiyev
Azvision.az


Teqlər: Şəhid   Pilot   UrfanVəlizadə  





Xəbər lenti