Prezidentin köməkçisi yeni icra başçısını kollektivə təqdim edib

   Prezidentin köməkçisi yeni icra başçısını kollektivə təqdim edib
  01 Noyabr 2019    Oxunub:5244
Xaçmaz Rayon İcra Hakimiyyətinin yeni başçısı Elnur Rzayev kollektivə təqdim olunub.
Azvision.az -ın məlumatına görə, icra başçını kollektivə Prezidentin ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev təqdim edib.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla Şəmsəddin Xanbabayev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub. Onun yerinə Elnur Rzayev təyin edilib.

E.Rzayev bu təyinatadək Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini olub.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Xaçmaz   İcra   Başçı   ElnurRzayev  





Xəbər lenti