Komitə sədri BMT-yə dinləmələr keçirməyi təklif edib

Komitə sədri BMT-yə dinləmələr keçirməyi təklif edib
  01 Noyabr 2019    Oxunub:1400
"BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrinə dair qurumun Bakıdakı ofisi ilə dinləmələr həyata keçirə bilərik".
Azvision.az xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev BMT-nin Qaçqınlar üzrə Ali Kommissarlığının Azərbaycanda məcburi köçkünlərə yardımı mövzusunda keçirdiyi Dəyirmi Masada deyib.

Onun sözlərinə görə, dinləmələrdə qətnamələrin icra mexanizminin yollarını axtarmaq və bu barədə fikir mübadiləsi aparmaq olar.

"Fikir mübadiləsində vaxtilə qəbul edilmiş həmin qətnamələrin icra vəziyyətinin nə yerdə olduğunu və yaxud icra mexanizmini hansı istiqamətdə tapa biləcəyimizi müəyyənləşdirmək olar. İnanıram ki, biz bir daha müzakirə apara biləcəyik. BMT-nin baş katibi son çıxışında bildirib ki, dünyada 41 milyondan çox qaçqın və məcburi köçkün var. Biz bir neçə dövlətin vəziyyətinə baxa bilərik və eyni zamanda Azərbaycandakı məcburi kpçkünlərlə bağlı fikir mübadiləsi apara bilərik".

Aytən Zəhra
Azvision.az


Teqlər: BMT   Rövşən-Rzayev  





Xəbər lenti