Fuad Qəhrəmanlıya 15 sutka həbs verilib

  01 Noyabr 2019    Oxunub : 738
Fuad Qəhrəmanlıya 15 sutka həbs verilib
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) keçmiş sədr müavini Fuad Qəhrəmanlı saxlanılıb.
Azvision.az xəbər verir ki, F.Qəhrəmanlı oktyabrın 31-də Nərimanov rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub.

Xırda xuliqanlıqda təqsirləndirilən AXCP funksionerinə Nərimanov rayon Məhkəməsinin qərarı ilə 15 sutka inzibati həbs verilib.

Azvision.az

Teqlər: FuadQəhrəmanlı