“İşdən azad olunmağımla bağlı Prezidentin qərarını gözləyirəm” - Elmira Süleymanova

  01 Noyabr 2019    Oxunub : 8770
“İşdən azad olunmağımla bağlı Prezidentin qərarını gözləyirəm” - Elmira Süleymanova
"İşdən azad olunmağımla bağlı Prezident İlham Əliyevin rəsmi qərarını gözləyirəm"
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova deyib. Ombudsman son günlər yaşlı məmuların istefaya getməsi məsələsində də münasibət bildirib.

"Sosial şəbəkələrdə mənim adımın hallandırılması başqa məsələdir. Mən bu mövzuda danışmıram, çünki görürəm ki, kimsə səmimi söz deyəndə, ona don geyindirirlər. Yaşlı şəxslərdən biri bu məsələ ilə bağlı danışanda "rəsmi qərarı gözləyirəm" dedi. Mən bu yanaşmanı və fikri çox bəyəndim. Qısa olaraq deyim ki, cənab Prezidentin rəsmi qərarını gözləyirəm”, - deyə E.Süleymanova vurğulayıb.

Aytən Zəhra
Azvision.az

Teqlər: ElmiraSüleymanova