Xaçmazın yeni icra başçısı: “Artıq iş başındayam”

Xaçmazın yeni icra başçısı:  “Artıq iş başındayam”
  01 Noyabr 2019    Oxunub:7279
"Cənab Prezident bizə müvafiq tapşırıqlar verdi, qarşımızda duran məsələləri qeyd etdi".

Bunu Azvision.az -a açıqlamasında Xaçmaz Rayon İcra Hakimiyyətinin yeni başçısı Elnur Rzayev deyib.

39 yaşlı İcra başçısı fəaliyyətini Prezidentin tapşırıqlarına uyğun olaraq quracağını bildirib: "Artıq iş başındayam. Mənə göstərdiyi yüksək etimada görə cənab Prezidentə təşəkkürümü bildirirəm. Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm".
Qeyd edək ki, ötən gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla Şəmsəddin Xanbabayev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub. Onun yerinə Elnur Rzayev təyin edilib.

E.Rzayev bu təyinatadək Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini olub.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: İcrabaşçısı   Xaçmaz  





Xəbər lenti