Oktay Gülalıyev Neyrocərrahiyyə Xəstəxanasına köçürülüb

Oktay Gülalıyev Neyrocərrahiyyə Xəstəxanasına köçürülüb
  01 Noyabr 2019    Oxunub:3118
Hüquq müdafiəçisi Oktay Gülalıyevin ailə üzvləri onun Respublika Neyrocərrahiyyə Xəstəxanasına köçürülməsini xahiş ediblər.
Bu barədə Azvision.az -a Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, City Hospitalda cərrahi əməliyyatı icra edənlər Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkimləri olduğundan ailə üzvləri O.Gülalıyevin onların nəzarəti altında qalmasını istəyiblər.

"Bu səbəbdən saat 14.35-də Oktay Gülalıyev City Hospitaldan Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb. Hazırda xəstənin vəziyyəti ağır stabil olaraq qalır".

Aytən Zəhra
Azvision.az


Teqlər: OktayGülalıyev   Səhiyyə  





Xəbər lenti