Avtobuslarda gediş haqqı artacaq? - BNA açıqladı

 Avtobuslarda gediş haqqı artacaq? -  BNA açıqladı
  01 Noyabr 2019    Oxunub:4123
Bakı Nəqliyyat Agentliyi (BNA) marşrut avtobuslarında qiymət artımının olacağı ilə bağlı iddialara aydınlıq gətirib.

Qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev Azvision.az -a bildirib ki, hazırda qiymət artımından söhbət getmir.
Onun sözlərinə görə, qiymət tənzimlənməsi BNA yox, digər müvafiq qurum tərəfindən həyata keçirilir: "Səslənən fikirlərin izahına gəlincə bildirim ki, məsələn Türkiyənin İzmir şəhərində səhər saat 06:00-07:00, axşam 19:00-20:00 arasında ictimai nəqliyyatda tariflər 50 faiz azaldılır. Bu ildən tətbiq edilən təcrübənin məqsədi pik saatlarda daha çox insanın məhz ictimai nəqliyyatdan istifadəsinə nail olmaqdır. Bizim də məqsədimiz insanların ictimai nəqliyyatdan istifadəsini stimullaşdıran bu cür təcrübələrdən istifadə etməkdir. Bir daha qeyd edirəm qiymətlərin artacağı ilə bağlı səslənən fikirlər yalandır".

Azvision.az


Teqlər: BNA   Avtobus   Qiymət  





Xəbər lenti