Heydər Əliyev Beynəlxalq Aeroportu mükafata layiq görülüb

Heydər Əliyev Beynəlxalq Aeroportu mükafata layiq görülüb
  01 Noyabr 2019    Oxunub:1143
Heydər Əliyev Beynəlxalq Aeroportu daha bir mükafata layiq görülüb.
Azvision.az xəbər verir ki, Moskvada keçirilən “Gələcəyin qanadları” adlı XXVII beynəlxalq aviasiya forumu çərçivəsində Heydər Əliyev Beynəlxalq Aeroportunun rəhbəri Teymur Həsənov “Gənc baş rəhbər” nominasiyası üzrə qalib olub.

Azərbaycanı forumda, həmçinin Heydər Əliyev Beynəlxalq Aeroportunun direktor müavini Elnur Zülfüqarov və “Aşağı büdcəli daşımalar bazarının perspektivləri” mövzusunda panel diskussiyalara qatılan “Azərbaycan Hava Yolları” QSC-nin İstehsal və marketinq departamentinin direktoru Fuad Yusifov təmsil edib.

Azvision.az



Teqlər: Aeroprt  





Xəbər lenti