Primakov qalmaqalı - Deputat açıqlama verdi

 Primakov qalmaqalı  - Deputat açıqlama verdi
  01 Noyabr 2019    Oxunub:2109
"Bir neçə gündür saytlarda və sosial şəbəkələrdə mənim və həmkarlarımın Primakovun 90 illik yubleyi ilə əlaqədar Rusiya Federasiyasının Azərbaycandakı səfirliyində həyata keçirilən tədbirdə iştirakımızla bağlı əsassız, heç bir fakta söykənməyən iddialar irəli sürülür"
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq əlaqələr komitəsinin sədr müavini, AŞPA-da Azərbaycan nümayəndə heyəti rəhbərinin müavini Sevinc Fətəliyeva "Facebook" hesabında yazıb.

Deputat qeyd edib ki, məlumatın dəqiqliyini yoxlamadan, başqa bir tədbirdə çəkilmiş şəkli yayımlayaraq, onun əsasında rəylər ifadə etmək qərəzdən başqa mənzərə yaratmır:

“Nəzərə alsaq ki, hər üçümüz Azərbaycanı beynəlxalq tədbirlərdə təmsil edir və AŞPA-nın nümayəndə heyətinin üzvüyük, yanaşmanın hansı məqsədlə həyata keçirilməsi haqqında aydın təsəvvür yaranır. Bu kampaniyanı həyata keçirənlər unudurlar ki, yalana əsaslanan iddialar heç bir zaman reytinq gətirmir və bütün bunlara cavab dövlətimiz naminə həyata keçirdiyim real fəaliyyətdir. Gəlin, xoş məramlı olaraq, dövlətmiz naminə, gələcəyimiz naminə birgə fəaliyyət göstərək, əsassız iddia və cəfəng fikirləri irəli sürənlərə məqsədlərinə çatmağa şərait yaratmayaq!”.

Azvision.az


Teqlər: Deputat   SevincFətəliyeva  





Xəbər lenti