FHN yağışdan zərərçəkənlərə kömək edib

  01 Noyabr 2019    Oxunub : 941
FHN yağışdan zərərçəkənlərə kömək edib
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Bakı şəhərinin Binəqədi və Xətai rayonlarında yağan yağışlar nəticəsində fərdi yaşayış evlərinin həyətyanı sahələrinin yağış suları ilə dolması və 3 nəfərin köməksiz vəziyyətdə qalması ilə bağlı müraciət daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən vətəndaşlara müvafiq köməklik göstərilib.

Azvision.az

Teqlər: FHN   Yağış