Təhsil nazirinə yeni səlahiyyət verildi

   Təhsil nazirinə yeni səlahiyyət verildi
  01 Noyabr 2019    Oxunub:2311
Prezident İlham Əliyev “Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 22 oktyabr tarixli 1687-VQD nömrəli Qanununun tətbiqi haqqında fərman imzalayıb.
Azvision.az -ın məlumatına görə, fərmana əsasən, “Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif etmək səlahiyyəti Azərbaycan Respublikasının təhsil nazirinə verilib.

Nazirlər Kabineti “Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 22 oktyabr tarixli 1687-VQD nömrəli Qanunundan irəli gələn məsələləri həll edəcək.

Azvision.az


Teqlər: Təhsil-Naziri   Nazirlər-Kabineti  





Xəbər lenti