“İnstagram”da insan alveri - Qadınlar satışa çıxarılıb

  02 Noyabr 2019    Oxunub : 5081
“İnstagram”da insan alveri - Qadınlar satışa çıxarılıb
Küveytdə insan alverçiləri qadınları satmaq üçün “İnstaqram”dan istifadə edib.

Azvision.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Qadınların fotolarının altında cinayətkarlar müxtəlif haştaglar yerləşdiriblər. Onlardan biri #maidsforsale olub.
Qul ticarəti ilə bağlı məlumatlar mediada dərc edildikdən sonra Küveyt hakimiyyəti sosial şəbəkələrdəki müvafiq hesabların bağlanması barədə tapşırıq verib.

“İnstaqram”dan isə gələcəkdə oxşar halların qarşısını almağa çalışacaqları bildirilib.

Küveytin əmək resursları üzrə departamentinin rəhbəri Mübarək Əl-Əziminin sözlərinə görə, qadınlar arasında Qvineyadan olan 16 yaşlı qız da olub.

Faktla bağlı araşdırma aparılır.

İlkin Nəcəfzadə
Azvision.az

Teqlər: Küveyt   İnstagram