Əfqanıstan səfiri Ali Hərbi Məktəbdə olub - Fotolar

Əfqanıstan səfiri Ali Hərbi Məktəbdə olub -    Fotolar
  02 Noyabr 2019    Oxunub:1049
Əfqanıstan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xeyrullah Spelenay Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini ziyarət edib.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, öncə qonaqlar məktəbin ərazisində ucaldılan xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.



Görüşdə ilk olaraq brifinq keçirilib, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin yaranma tarixini və fəaliyyətini özündə əks etdirən qısametrajlı video-süjet təqdim edilib. Sonda qonaq hərbi məktəbdə təhsil alan əfqan kursantlarla görüşüb.




Azvision.az



Teqlər: Əfqanıstan   MN  





Xəbər lenti