Salyanda arvadını öldürən ər tutulub

   Salyanda arvadını öldürən ər tutulub
  02 Noyabr 2019    Oxunub:2785
Noyabrın 1-də Salyan şəhərində yaşayan N.Hüseynovun evində ailə münaqişəsi zəminində arvadı İ.Hüseynovanı bıçaqla qətlə yetirməsi, sonra isə həmyerlisi Z.Sadıqova və özünə xəsarət yetirməsi barədə DİN-in “102” Zəng Mərkəzi Xidmətinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Z.Sadıqov aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib. ​Məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

​​Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən N.Hüseynov saxlanılıb. ​Salyan rayon Prokurorluğunda araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti