Bakıda narkotik alverçisi saxlanılıb - FOTOLAR

  02 Noyabr 2019    Oxunub : 1097
Bakıda narkotik alverçisi saxlanılıb - FOTOLAR
Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsi əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, əldə olunan əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş paytaxt sakini Əbülfət Abuşov tutulub. Onun üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış keçirilən zaman 2,817 qram narkotik vasitə - heroin aşkar edilib.



Saxlanılan şəxsin narkotik vasitələrin satışı ilə məşğul olduğuna dair polis əməkdaşlarında əsaslı şübhələr olduğundan əməliyyat tədbirlərinin davamı olaraq onun yaşadığı evə də əlavə baxış keçirilib. Oradan Əbülfət Abuşova məxsus narkotik vasitə və psixotrop maddələr olan 520,152 qram heroin, 8,044 qram metamfetamin, 56,559 qram tiryək və 1,64 qram metadon aşkarlanaraq götürülüb.



Faktla bağlı Əbülfət Abuşov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq əməliyyat tədbirləri davam etdirilir.





Azvision.az

Teqlər: DİN