Sumqayıtda mağaza və maşın yanıb - Yenilənib

Sumqayıtda mağaza və maşın yanıb -  Yenilənib
  03 Noyabr 2019    Oxunub:3597
Sumqayıt şəhərində, 17-ci mikrorayon ərazisində yanğın olub.
Azvision.az xəbər verir ki, hadisə avtomobil ehtiyat hissələri satılan mağazada baş verib. Nəticədə mağaza ilə yanaşı yaxınlıqda olan "Mercedes" markalı minik avtomobili də yanıb.

Hadisə yerinə FHN-in 3 yanğınsöndürən avtomobili cəlb olunub. Alovun qarşısı alınıb. Yanğının səbəbləri araşdırılır.



Azvision.az



Teqlər: Sumqayıt   Yanğın  





Xəbər lenti