Xəzərdə dalğanın hündürlüyü 4 metrə enib

Xəzərdə dalğanın hündürlüyü 4 metrə enib
  03 Noyabr 2019    Oxunub:1746
Ekologiya və Təbii Sərvətlər Nazirliyi faktiki hava şəraiti barədə məlumat yayıb.
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Azvision.az -a verilən məlumata görə, hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi 17 m/s-dək mülayimləşib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 4 metrə enib. Hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, 7-12 m/s şimal-şərq küləyinin əsəcəyi gözlənilir.

Noyabrın 4-də fasilələrlə yağış yağacaq. Cənub- şərq küləyi 5-10 m /s, günün ikinci yarısında arabir 12-15 m/s olacaq.

Azvision.az



Teqlər: ETSN   Hava   Dalğa   Xəzər  





Xəbər lenti