“Bizim Qarabağla bağlı konkret həll yolumuz yoxdur” - Paşinyan
Azvision.az “Sputnik-Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Paşinyan “Facebook”da canlı yayım zamanı deyib.
"Bildirmək istəyirəm ki, son bir il yarım ərzində sərhəddə gərginlik azalıb. Lakin bu, ümumiyyətlə gərginliyin olmaması demək deyil. Bu, mövcuddur və davam edir", - Paşinyan söyləyib.
“Lakin, mövcud vəziyyət Dağlıq Qarabağ münaqişəsinin həllinin tapılması anlamına gəlmir. Bizim hələlik Qarabağ probleminin nizamlanmasında konkret həll yolumuz yoxdur" - deyə Paşinyan vurğulayıb.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Ermənistan Paşinyan Qarabağ