Naxçıvanda 9 ildə 35 mindən çox iş yeri yaradılıb

  04 Noyabr 2019    Oxunub : 528
 Naxçıvanda 9 ildə 35 mindən çox iş yeri yaradılıb
2010-cu ildən 1 oktyabr 2019-cu il tarixədək muxtar respublikada 35 min 449 yeni iş yeri yaradılıb.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Qeyd olunub ki, yeni istehsal və xidmət sahələrinin yaradılması nəticəsində 2019-cu ilin yanvar-sentyabr aylarında əsas kapitala vəsait qoyuluşu 2009-cu ilin müvafiq dövründəki göstəricini 2,6 dəfə üstələyərək 790 milyon 838 min 900 manat olub. Ümumilikdə, 2010-cu ildən 1 oktyabr 2019-cu il tarixədək muxtar respublikada bütün sahələrin inkişafına 9 milyard 23 milyon manatdan çox vəsait yönəldilib ki, bunun da 8 milyard 159 milyon manatdan çoxu tikinti-quraşdırma işlərinin payına düşüb.

2019-cu ilin yanvar-sentyabr aylarında təsərrüfat subyektlərinə 20 milyon 386 min 400 manat dəyərində kreditlər verilib. Kreditlərdən 8 milyon 339 min 500 manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 12 milyon 46 min 900 manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunub. Ümumilikdə, 2010-cu ildən 1 oktyabr 2019-cu il tarixədək muxtar respublikada iqtisadi fəaliyyətin bütün sahələrinə 504 milyon manata yaxın kredit qoyuluşu həyata keçirilib.

Bu gün muxtar respublikada 383 növdə məhsul istehsal olunur ki, bunun da 126 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Naxçıvan   Statistika   İqtisadiyyat