YAP seçkilərə “Xalqa xidmət” devizi ilə gedir

  04 Noyabr 2019    Oxunub : 1471
 YAP seçkilərə “Xalqa xidmət” devizi ilə gedir
Yeni Azərbaycan Partiyasının (YAP) bu il keçiriləcək bələdiyyə seçkilərindəki devizi məlum olub.
Azvision.az -ın məlumatına görə, bu barədə YAP sədrinin müavini-icra katibi Əli Əhmədov "Facebook" hesabında yazıb. O bildirib ki, hakim partiya seçkilərə "Xalqa xidmət" devizi altında gedir:

"Amalımız bələdiyyələrin ərazisində əhaliyə xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, yerli əhəmiyyətli problemlərin həllinə dəstək, ölkəmizdə həyata keçirilən islahatların regionlarda uğur qazanmasına töhvə verilməsindən ibarətdir. Seçkilər, o cümlədən yerli seçki sayılan bələdiyyə seçkiləri hər bir partiyanın həyatı və fəaliyyətinin əsas hadisəsidir. Əslində partiya yalnız seçkilər vasitəsilə ölkənin ictimai və siyasi həyatında iştirak etmək istəyini reallaşdıra bilər və reallaşdırır. Seçkilər eyni zamanda bu və ya digər partiyanın ictimai dəstəyini, imkanlarını, habelə siyasi baxış və platformasını nümayiş etdirməyin ən yaxşı və sınanmış formasıdır".

Qeyd edək ki, Azərbaycanda növbəti bələdiyyə seçkiləri bu ilin dekabr ayının 23-də keçiriləcək.

Azvision.az

Teqlər: YAP   Seçki   Deviz