“Azərbaycan ailəsi” mövzusunda konfrans keçirilib

“Azərbaycan ailəsi” mövzusunda konfrans keçirilib
  04 Noyabr 2019    Oxunub:2343
Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Hacıqabul Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Hacıqabulda “Azərbaycan ailəsi” mövzusunda konfrans keçirilib.
Qurumdan Azvision.az -a verilən məlumata görə, tədbirdə Fondun icraçı direktorunun müavini Ceyhun Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Sənan Xəlilov, Hacıqabul Rayon İcra Hakimiyyəti (RİH) başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elvin Şıxəliyev, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin psixoloqu Billurə Bayramova, ziyalılar, müəllimlər, gənclər və ictimaiyyət nümayəndələri iştirak edib.



Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Çıxışlar zamanı sağlam təməllər üzərində qurulan ailənin cəmiyyətin mənəvi inkişafında mühüm rola malik olduğu vurğulanıb.



Qeyd olunub ki, sevgi, qarşılıqlı hörmət, diqqət və qayğı ilə zəngin olan ailə sağlam ailədir. Belə maarifləndirici tədbirlərin keçirilməsində əsas məqsədin Azərbaycanda qədimdən mövcud olan sağlam ailə modelinin qorunması, inkişafı və geniş miqyasda təbliğinə töhfə vermək olduğu diqqətə çatdırılıb.



Konfransın yekununda iştirakçılarla geniş fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.



Azvision.az



Teqlər: Ailə  





Xəbər lenti