Bakıda ağır qəza: Bir qadın ölüb, iki uşaq yaralanıb

 Bakıda ağır qəza: Bir qadın ölüb, iki uşaq yaralanıb
  04 Noyabr 2019    Oxunub:1693
Novxanı-Pirşağı yolunda avtoqəza baş verib.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata, qəza ilə əlaqədar Təcili Tibbi Yardıma saat 13:10-da çağırış daxil olub.

Qəza nəticəsində bir nəfər qadın hadisə yerində dünyasını dəyişib. 44 yaşlı kişi bud sümüyünün sınığı, iki azyaşlı uşaq isə daxili qanaxma şübhəsi diaqnozu ilə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıblar.

Yaralılara lazımi tibbi yardım göstərilir.

Azvision.az




Teqlər: Qəza  





Xəbər lenti