Türkmənistan Məclisinin sədri “ASAN xidmət”də - FOTO
Bildirilib ki, bu günədək 33 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, ”ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.
Həmçinin qonaqlara “ABAD” publik hüquqi şəxsin fəaliyyəti barədə də məlumat verilib.
Yaradılmış şərait və iş prinsipi ilə tanış olan Türkmənistanlı qonaqlar ”ASAN xidmət”ə gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Azvision.az
Teqlər: ASAN-Xidmət