Qazaxda əl qumbarası aşkarlanıb

Qazaxda əl qumbarası aşkarlanıb
  05 Noyabr 2019    Oxunub:1092
Noyabrın 4-də saat 13:02-də Dövlət Sərhəd Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Qazax rayonunun Fərəhli kəndinin ərazisində xeyli sayda döyüş sursatının tapılması barədə məlumat daxil olub.
ANAMA-dan Azvision.az -a bildirilib ki, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 3 ədəd əl qumbarası (2 ədəd F-1 və 1 ədəd RQ-42), 18 ədəd müxtəlif çaplı patron və 1 ədəd boş avtomat darağı aşkarlanıb. Sursatlar zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Azvision.az



Teqlər: ANAMA   Qazax   Qumbara  





Xəbər lenti