Avtobus qəzasında xəsarət alan 8 nəfər evə buraxılıb

   Avtobus qəzasında xəsarət alan 8 nəfər evə buraxılıb
  05 Noyabr 2019    Oxunub:1462
Bakının Nizami rayonu, 8-ci kilometr bazarının yaxınlığında iki marşrut avtobusunun toqquşması barədə Təcili Tibbi Yardıma saat 22:20 də məlumat daxil olub.
Səhiyyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, hadisə yerinə 5 briqada göndərilib.

“Ümumilikdə, 8 nəfər hospilitizasiya olunub. Onlardan 4-ü kişi, 4-ü qadındır. 1 qadın burun sümüyünün sınığı diaqnozu ilə Kliniki Tibbi Mərkəzə, digər 7 nəfər 3 saylı şəhər xəstəxanasına çatdırılıb. 3 saylı şəhər xəstəxanasının baş həkiminin verdiyi məlumata görə, qəza ilə əlaqədar xəstəxanaya çatdırılanlara lazımı tibbi yardım göstərildikdən sonra onlar ambulator müalicəyə buraxılıblar. Kliniki Tibbi Mərkəzə çatdırılan 21 yaşlı qız da göstərilən tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb”, - deyə məlumatda qeyd olunub.

Azvision.az



Teqlər: Avtobus   Qəza   Bakı   Xəstəxana  





Xəbər lenti