İrandan ölkəyə narkotik gətirilməsinin qarşısı alındı - FOTO

 İrandan ölkəyə narkotik gətirilməsinin qarşısı alındı -  FOTO
  05 Noyabr 2019    Oxunub:1669
Noyabrın 3-də saat 07:30 radələrində Astara şə­həri ya­xınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisin­də İran İs­lam Respublikasından Azərbaycan Respublikası istiqa­mə­tin­də döv­lət sərhədini pozaraq ölkə ərazi­sinə nar­ko­tik mad­də gətirən bir nəfər naməlum şəxs həmin ərazidə xid­mət aparan sərhəd naryadı tərəfindən aşkar edilib.
Bu barədə Azvision.az -a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, sər­həd­çi­lə­rin qanuni tələblərinə əməl etməyən sərhəd pozucusunun təqibi za­manı o, əlindəki çantanı ataraq relyefin mürək­kəbliyindən is­tifadə edərək İran istiqamətində geri qaçıb.



Hadisə yerinə baxış zamanı sərhəd pozucusunun yerə atdığı çantada qa­nunsuz yolla Azərbaycan ərazisinə keçirilmiş külli miqdarda nar­ko­tik va­sitə olan 12 kq 730 qram“Kakos”, 7945 ədəd “Metadon 40” psixotrop maddə və bir ədəd so­yuq silah (xəncər) aşkar edilərək götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.



Azvision.az



Teqlər: DSX   Narkotik   Astara  





Xəbər lenti