Hərbi hissələrdə “Açıq qapı” günü keçiriləcək

Hərbi hissələrdə “Açıq qapı” günü keçiriləcək
  05 Noyabr 2019    Oxunub:1051
Noyabrın 9-da Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunun tabeçiliyində olan hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü, eləcə də təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi təşkil olunacaq.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, həmin gün əsgər yaxınları, ictimaiyyət nümayəndələri hərbi hissələrdə yaradılan məişət şəraiti ilə tanış olacaq, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkəcəklər.

“Açıq qapı” günü çərçivəsində hərbi hissələrin komandanlığının valideynlərlə görüşləri keçiriləcək, onları maraqlandıran məsələlərin müzakirəsi aparılacaq, Dövlət Bayrağı Günü münasibətilə konsert proqramları və digər mədəni-kütləvi tədbirlər təşkil olunacaq.

Azvision.az


Teqlər: Açıqqapı  





Xəbər lenti