Qarabağda erməni hərbçi ölüb

 Qarabağda erməni hərbçi ölüb
  05 Noyabr 2019    Oxunub:2630
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisində Ermənistan ordusunun hərbçisi ölüb.

Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, 2000-ci il təvəllüdlü əsgər Erik Arutyunyanın cəsədi dünən axşam saatlarında aşkar edilib.
Hadisə ilə bağlı Ermənistan İstintaq komitəsi tərəfindən “intihar həddinə çatdırmaq” maddəsi ilə cinayət işi açılıb. İstintaq aparılır.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Qarabağ   Erməni   Hərbçi   Meyit  





Xəbər lenti