Nazir: “Gələn il əməkhaqlarının artımı gözlənilir”

  05 Noyabr 2019    Oxunub : 2063
 Nazir: “Gələn il əməkhaqlarının artımı gözlənilir”
Əhalinin sosial təminatının yaxşılaşdırılması ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən bir sıra mühüm addımlar atılıb. Bu işlər 2020-ci ildə də davam etdiriləcək.

Azvision.az xəbər verir ki, bunu Maliyyə naziri Samir Şərifov noyabrın 5-də Milli Məclisdə 2020-ci il dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir qeyd edib ki, növbəti ildə büdcədə sosial təminatla bağlı əhəmiyyətli artım olacaq. 2020-ci ildə dövlət büdcəsindən maliyyələşən təşkilatlar da daxil olmaqla, əməkhaqlarının artımı gözlənilir.

Azvision.az

Teqlər: Büdcə