DİN əməliyyat keçirdi: Əcnəbi vətəndaş tutuldu

   DİN əməliyyat keçirdi:    Əcnəbi vətəndaş tutuldu
  05 Noyabr 2019    Oxunub:2449
Noyabrın 2-nə keçən gecə paytaxtın Nizami rayonu ərazisində “Mercedes” markalı avtomobildən pul oğurlanması barədə 25-ci Polis Şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib, Q.Qarayev prospektində avtomobildən şüşəni sındırmaq yolu ilə 3645 manatın oğurlandığı müəyyən edilib.

Nizami RPİ 25-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən əcnəbi vətəndaş, əvvəllər məhkum olunmuş M.Əhmədov Şıxlı keçid məntəqəsində saxlanılıb.

Azvision.az



Teqlər: DİN   Əməliyyat  





Xəbər lenti