Müdafiə Nazirliyinin nümayəndələri Moskvaya yollandı

Müdafiə Nazirliyinin nümayəndələri Moskvaya yollandı
  05 Noyabr 2019    Oxunub:1295
Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi orkestri, eləcə də Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin mahnı və rəqs ansamblının solistləri ölkəmizi Moskva şəhərində keçirilən “Katyuşa” hərbi-musiqi festivalında təmsil edirlər.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Böyük Vətən Müharibəsində qələbənin 75 illiyinə həsr olunmuş XIV festival çərçivəsində təşkil olunan “Yaşasın Qələbə!” müsabiqəsinin şərtlərinə uyğun olaraq hər komanda hərbi vətənpərvərlik mahnıları, marşlar ifa edəcəklər.

Festivalın final mərhələsi noyabrın 8-də keçiriləcək.

Azvision.az


Teqlər: Ordu   Orkestr   Moskva  





Xəbər lenti