Azərbaycan-Rusiya sərhədində sıxlıq yaranıb
Qeyd edək ki, hazırda "Samur" gömrük postunun ixrac nəzarət xətti ilə avtomobillərin yola salınmasında heç bir problem yoxdur və hazırda gün ərzində qarşı tərəfin buraxılış potensialına uyğun olaraq 250-yə qədər yük nəqliyyat vasitəsinin keçidi təmin edilir. Dövlət Gömrük Komitəsinin aidiyyəti strukturları sərhədkeçmə proseslərinin sürətləndirilməsi məqsədilə Rusiya tərəfi ilə müntəzəm danşıqlar aparır.
Xatırladaq ki, sərnişinlərin, yüngül minik vasitələrinin sərhədkeçmə prosesində və idxal gömrük nəzarəti xəttinin fəaliyyətindəhər hansı problem yoxdur.
Azvision.az