Koçaryanın oğlu: “Atamda şiş aşkarlanıb”

  Koçaryanın oğlu:  “Atamda şiş aşkarlanıb”
  05 Noyabr 2019    Oxunub:3766
Ermənistanın ikinci prezidenti Robert Koçaryan bədənində aşkar edilən şişin götürülməsi üçün əməliyyat olunub.
Azvision.az xəbər verir ki, bunu eks-prezidentin oğlu Levon Koçaryan deyib.

"Onda kiçik bir şiş var idi və əməliyyatla çıxarıldı. Xoşbəxtlikdən bədxassəli hüceyrələr tapılmadı. İndi atam özünü yaxşı hiss edir və məhkəmə iclasına gələcək, hərəkətində heç bir problem yoxdur", - deyə Levon Koçaryan vurğulayıb.

Xatırladaq ki, sabiq prezident 9 oktyabrda İrəvandakı “İzmirlyan” tibb mərkəzində əməliyyat olunub. Onun hansı problemə görə cərrahiyə əməliyyata alınması barədə indiyədək heç bir məlumat verilmirdi. Yalnız əməliyyatın uğurlu keçdiyi vurğulanırdı.

Koçaryan 1 mart 2008-ci ildə İrəvandakı etirazları dağıtmaqda, konstitusiya quruluşunu devirməyə cəhdə ittiham olunaraq həbs edilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Koçaryan  





Xəbər lenti