"Azərbaycanda qazlaşdırma işləri son mərhələdədir" - Baş direktor

"Azərbaycanda qazlaşdırma işləri son mərhələdədir" -   Baş direktor
  05 Noyabr 2019    Oxunub:2606
Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Zaqatala rayonunda sakinlərlə görüşüb.
“Azəriqaz”dan Azvision.az -a verilən məlumata görə, Birliyin baş direktorunun müavinləri Ramil İsgəndərov Şəki, Ceyhun Şıxəliyev isə Balakən rayonunun sakinlərinin problemlərini dinləyiblər.

Qəbula gələn sakinlərin əksəriyyəti yaşayış məntəqələrinin qazlaşdırılması, işə qəbul və müxtəlif məsələlərlə bağlı fikirlər səsləndiriblər. Hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib. Qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Qəbuldan sonra jurnalistlərə açıqlamasında R. Əliyev bildirib ki, Azərbaycanda qazlaşma işləri Prezidentin həyata keçirdiyi sosial siyasətin tərkib hissəsidir. O, əlavə edib ki, bu il də dövlət büdcəsindən ayrılan vəsait hesabına bölgələrdə və Bakı şəhərində qazlaşdırma işləri görülməkdədir: “Artıq son mərhələdəyik. Tamamlanma işləri gedir”.

Payız-qış mövsümünə hazırlıq məsələlərinə toxunan R.Əliyev qeyd edib ki, bütün əlaqədar strukturlara tapşırıq verilib, yerlərdə qeydə alınan narahatlıqlar vaxtında aradan qaldırılacaq”.

Azvision.az



Teqlər: Azəriqaz  





Xəbər lenti