YAP imzatoplama kampaniyasını davam etdirir

YAP imzatoplama kampaniyasını davam etdirir
  05 Noyabr 2019    Oxunub:2000
Yeni Azərbaycan Partiyası dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar imzatoplama kampaniyasını uğurla davam etdirir.
Azvision.az xəbər verir ki, bələdiyyə seçkilərinə xalqa xidmət devizi ilə qatılan Yeni Azərbaycan Partiyası seçki kampaniyasının uğurla başa çatdırılması məqsədilə yüksək səviyyəli hazırlıq prosesini yekunlaşdırıb, seçki kampaniyasının operativliyini təmin etmək məqsədilə hər bir rayon və şəhər təşkilatının nəzdində seçki qərargahları yaradılıb. Seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq, Mərkəzi Seçki Komissiyasında qeydə alınmış Yeni Azərbaycan Partiyasının bu qurumda səlahiyyətli nümayəndəsi, eləcə də namizəd irəli sürdüyü hər bir seçki dairəsində səlahiyyətli nümayəndəsi təyin edilib.

Yeni Azərbaycan Partiyası tərəfindən qəbul edilmiş qərara əsasən, Azərbaycanda mövcud 1606 bələdiyyənin hər birini əhatə etməklə, ümumilikdə 15500 nəfərin bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülüb.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası tərəfindən bələdiyyə üzvlüyünə namizədlərin sənədləri dairə seçki komissiyalarına təhvil verilmiş, imzaların toplanması və digər zəruri seçki hərəkətlərinin həyata keçirilməsi prosesi davam edir.

Azvision.az


Teqlər: YAP  





Xəbər lenti