“Ermənistan özünü demokratik ölkə adlandıra bilməz” - Məmmədyarov

  05 Noyabr 2019    Oxunub : 1188
 “Ermənistan özünü demokratik ölkə adlandıra bilməz” - Məmmədyarov
"Hər bir tərəfdaşın iqtisadi inkişaf, geostrateji yerləşmə və regional təhdidlər üçün resursların təsiri altında formalaşan müxtəlif inkişaf strategiyaları və baxışları ola bilər. Məsələn, Azərbaycan ŞT tərəfdaşları arasında Aİ-nin ən böyük investorudur, lakin heç vaxt ŞT-da "qabaqlayıcı" statusununa iddia etməyib".
Azvision.az xəbər verir ki, bunu Azərbycanın Xarici İşlər naziri Elmar Məmmədyarov "Şərq Tərəfdaşlığı (ŞT) üçün yeni siyasi baxış" mövzusunda yüksək səviyyəli nazirlər seminarında deyib.

"Önəm verdiyimiz ümumbəşəri dəyərlər mütləq gündəliyimizdə qalacaqdır. Bir ölkə digər ölkənin ərazilərinin 20%-i işğal edib, əhalisinin 1 milyondan çoxunu qaçqın və məcburi köçkünə çevirib, özünü demokratik adlandıra bilməz.

ŞT-nin strukturlaşdırılmış dialoqu vaxtında həyata keçirilən bir çalışmadır. Ancaq burada Aİ, ŞT prosesinin cəlbedici və canlı olmasını istəyirsə, tərəfdaş ölkələrə daha yaxşı qulaq asmalıdır. Təhlükəsizlik sahəsində əməkdaşlıq, böyük ehtimal ilə, Aİ ilə qarşılıqlı dialoqumuzda önəmli bir ölçü olacaqdır.

Azərbaycan kiber təhlükəsizlik, enerji infrastrukturunun təhlükəsizliyi, habelə radikallaşmanın, həll olunmamış münaqişələrin, zorakı ekstremizm və terrorizmin qarşısının alınması və onlara qarşı mübarizənin aparılması kimi hibrid təhdidlərdən yaranan təhlükəsizlik problemlərinin həllində səylərini müəyyənləşdirmək və genişləndirmək üçün Avropanın geniş Xəzər dənizi və Orta Asiyaya açılan qapısıdır", - deyə E.Məmmədyarov çıxışında bildirib.

Azvision.az

Teqlər: XİN   Məmmədyarov