23768 nəfər seçkidə iştirak üçün müraciət edib

   23768 nəfər seçkidə iştirak üçün müraciət edib
  05 Noyabr 2019    Oxunub:1154
Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində iştirak üçün 23768 nəfər namizədliyinin irəli sürülməsi ilə bağlı dairə seçki komissiyalarına müraciət edib.
Azvision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

M.Pənahov qeyd edib ki, 11899 nəfər fərdi qaydada, 11839 nəfərin siyasi partiyalar tərəfindən, 30-nun isə təşəbbüs qruplarından bələdiyyə seçkilərində iştirak etmək üçün namizədliyi irəli sürülüb.

Azvision.az


Teqlər: MSK   İclas   Seçki  





Xəbər lenti