Oktay Gülalıyev müalicə üçün Türkiyəyə aparılır

   Oktay Gülalıyev müalicə üçün Türkiyəyə aparılır
  05 Noyabr 2019    Oxunub:3651
Oktyabrın 29-da yolu keçən zaman avtomobillə vurularaq ağır xəsarət alan hüquq müdafiəçisi Oktay Gülalıyev müalicəsini Türkiyədə davam etdirəcək.

Azvision.az xəbər verir ki, bu barədə onun oğlu Təbriz Gülalıyev məlumat verib.
O bildirib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Türkiyədən gələn mütəxəssislər O.Gülalıyevi müayinə ediblər: "Türkiyədən gələn həkimlərin bildirdiyinə görə atanın vəziyyəti ağırdır. Həkimlər əlavə ediblər ki, aparılmasında heç bir təhlükə yoxdur. Ailəsi olaraq aparılması üçün razılıq verdik. Hazırda aparılması üçün hazırlıq işləri görülür".

Qeyd edək ki, Oktay Gülalıyev oktyabrın 29-u saat 17:20 radələrində 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən zaman vurulub. Oktyabrın 30-da "City Hospital"da O.Gülalıyev üzərində cərrahiyyə əməliyyatı keçirilib.

Hazırda müalicəsi Respublika Neyrocərrahiyyə Xəstəxanasında davam etdirilir.

Azvision.az


Teqlər: Oktay-Gülalıyev   Türkiyə   Müalicə  





Xəbər lenti