200 hakim barəsində intizam icraatı başlanılıb

  05 Noyabr 2019    Oxunub : 975
 200 hakim barəsində intizam icraatı başlanılıb
Son 15 il ərzində 200 hakim barəsində intizam icraatı başlanılıb.

Ədliyyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, bu barədə nazir Fikrət Məmmədovun sədrliyi ilə keçirilmiş kollegiya iclasında bildirilib.
İclasda 130 hakimin qanunvericiliklə nəzərdə tutulmuş müxtəlif əsaslarla – fəaliyyətinin qeyri-məqbul qiymətləndirilməsinə, səlahiyyət müddətinin uzadılmamasına görə, habelə intizam qaydasında, o cümlədən korrupsiyaya şərait yaradan hüquqpozmalara yol verdiklərinə görə məhkəmə sistemindən kənarlaşdırıldığı vurğulanıb.

Qeyd olunub ki, qısa müddət ərzində 40-dan çox məhkəmədə monitorinqlər keçirilib, yol verilən pozuntular 100-dən artıq hakimin və məhkəmə sədrinin diqqətinə çatdırılıb, daha kobud pozuntularla bağlı isə intizam icraatları başlanılıb.

Azvision.az

Teqlər: Hakim   Məhkəmə   Ədliyyə-Nazirliyi