Hikmət Hacıyev İsveçrə Parlamentində görüşlər keçirib - FOTO

Hikmət Hacıyev İsveçrə Parlamentində görüşlər keçirib -  FOTO
  06 Noyabr 2019    Oxunub:2972
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsveçrə parlamentinin yuxarı palatası Kantonlar Şurasının (Senat) Xarici əlaqələr komitəsinin sədri, İsveçrə-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Filippo Lombardi və dostluq qrupunun parlamentin aşağı palatası Milli Şuradan həmsədri, Montrö şəhərinin meri və İsveçrə Xarici Siyasət Assosiasiyasının vitse-prezidenti Loran Verli ilə görüşlər keçirib.
Azvision.az -ın məlumatına görə, görüşlərdə iki ölkə arasında əməkdaşlıqda parlament ölçüsünün əhəmiyyəti vurğulanıb. Hikmət Hacıyev qarşı tərəfə ölkəmizdə geniş vüsət almış islahat prosesləri, o cümlədən iqtisadiyyat və dövlət idarəçiliyi sahələrində aparılan islahatlar barədə məlumat verib.



Bundan başqa, tərəflər beynəlxalq parlamentlərarası əməkdaşlıq qurumlarında qarşılıqlı dəstək praktikasının davam etdirilməsi, İsveçrə-Azərbaycan münasibətlərinin inkişafında parlament ölçüsünün rolunun gücləndirilməsi, eləcə də İsveçrə və Azərbaycan regionları arasında əməkdaşlıq əlaqələrinin qurulması imkanları ətrafında fikir mübadiləsi aparıblar.

Azvision.az



Teqlər: Hikmət-Hacıyev   PA   İsveçrə  





Xəbər lenti